Ötən il Ümrə ziyarətinə gedənlərin sayı 13,5 milyon nəfərlə rekord qırıb

11:10 10.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tofiq ər-Rabia 2023-cü ildə Ümrə ziyarətinə gedənlərin sayının 13 milyon 550 min nəfərlə tarixi rekorda çatdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Rabia 2024-cü il Həcc və Ümrə Xidmətləri Sərgi və Konfransında verdiyi açıqlamada 2019-cu ildə xaricdən Ümrə edənlərin sayının 8 milyon 550 min nəfər olduğunu, 2023-cü ildə isə verilən imkanlar sayəsində bu rəqəmin 5 milyon nəfər artaraq 13 milyon 550 minə yüksəldiyini bildirib.

Səudiyyəli nazir 80-dən çox ölkədən nazir və liderlərin iştirak etdiyini konfransda, ötən il Həcc mövsümündə 20 şirkətin zəvvarlara xidmət göstərdiyini, bu il isə 35-dən çox şirkətin bu prosesə qatılacağını bildirib.

Rabia açıqlamasında, “Müqəddəs yerlərin infrastrukturunu inkişaf etdirmək üçün 5 milyard rialdan çox dəyərində layihə başlatdıq. Keçən il biz Həcc və Ümrə sistemində 40 mindən çox işçinin hazırlanması üçün çalışdıq. Bu il 120 mindən çox insanı zəvvarlara xidmət etmək üçün hazırlamağa nail olacağıq. Biz zəvvarların maarifləndirilməsi istiqamətində də iş aparırıq. Biz Vəqflər Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etmişik” deyib.

Siyasət rubrikasından digər xəbərlər