Özbəkistan Prezidentinin bu ay Azərbaycana səfəri gözlənilir

11:51 08.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri gözlənilir.

Hafta.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Azərbaycan - Özbəkistan: Əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, keçmiş səfir Şerzod Feyziyev deyib.

Özbəkistan liderinin səfəri avqustda baş tutacaq.

O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında hər bir sahədə sıx əməkdaşlıq daha da güclənir, sürətlənir.

Siyasət rubrikasından digər xəbərlər