Rusiyanın ikinci ən böyük bankı olan VTB-nin idarə heyətinin sədri Andrey Kostin ölkənin bəzi iri dövlət müəssisələrinin özəlləşdirilməsini təklif edib.
Hafta.az-ın “Rossiya 24” kanalına istinadən yazdığına görə, Kostin deyib ki, neft kəmərlərinin operatoru “Transneft”, Dövlət Dəmir Yolları, poçt operatoru “Poçta Rossii”, müdafiə sənayesi şirkəti “Rosteh”, nüvə enerjisi şirkəti “Rosatom” və spirtli içki fabrikləri qismən özəlləşdirilə bilər.
Yeni özəlləşdirmə paketinin iri dövlət müəssisələrinin minoritar səhmlərinin ola biləcəyini ifadə edən Kostin, "Məsələn, Rosneft-in 20 faizinin özəlləşdirilməsi 10 il ərzində bütün digər müəssisələrin özəlləşdirilməsindən daha çox qazanc verdi" deyib. Kostin bildirib ki, sanksiyalara görə dayandırılan özəlləşdirmənin bərpası büdcəyə vəsait yaratmaqla yanaşı, iqtisadiyyatı da sürətləndirəcək.