Yazını böyüt
Yazını kiçilt
Pakistanın ölkəmizdəki səfiri Bilal Hayi, Ermənistan ordusunun Azərbaycanın müxtəlif şəhərlərini raket atəşinə tutmaqla mülki əhalini hədəfə almasını sərt şəkildə qınayıb.
Hafta.az-ın yazdığına görə, Pakistan səfiri sosial media hesabında etdiyi paylaşımda yazıb ki, sitat: Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərində mülki əhalinin hədəf alınması son dərəcə narahatlıq yaradır. Çünki günahsız insanlar həlak olur. Pakistan, həlak olanlara görə, Azərbaycan xalqına və hökumətinə başsağlığı verir. Beynəlxalq insan hüquqlarını pozan Ermənistandan mülki əhalini atəşə tutmağa son qoymasını tələb edirik.