Pakistanda leysan yağışları insan itkisinə səbəb oldu

20:39 23.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində leysan yağışların fəsadları nəticəsində azı yeddi nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi əyalətin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə idarəsinə istinadla məlumat yayıb. Cümə günü torpaq sürüşmələri və evlərin damının qopması səbəbindən ölənlər arasında qadınların və uşaqların da olduğu bildirilir. Həmçinin azı 19 ev və bina qismən zədələnib və ya dağılıb.

Agentliyin məlumatına görə, xilasetmə əməliyyatları hələ də davam edir. Hakimiyyət orqanları torpaq sürüşməsi nəticəsində bloklananmış bir neçə avtomobil yolunu təmizləyib.

Oxunma sayı 24