Pakistanda xristianlar Quranı təhqir etdi, müsəlmanlar kilsələri yandırdı

10:56 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Pəncab əyalətində müsəlman kütlə xristianlar tərəfindən Quranın təhqir edildiyi iddialarından sonra küçələrə çıxaraq bir kilsəyə hücum ediblər.

Hafta.az-ın "Əl-Cəzirə"ya istinadən yazdığına görə, hadisələr xristian məhəlləsində Quranın cırılmış səhifələrinin tapılmasından və üzərində söyüşlərin yazıldığı görüləndən sonra sonra baş verib.

Xristianların Qurana hücum etdiyi iddiası üzərinə pakistanlılar Jaranvala bölgəsində iki kilsə və bəzi xristian evlərinə hücum edərək yandırıblar.

Gərginlik artdıqdan sonra Pakistan təhlükəsizlik qüvvələri bölgəyə yeridilib.

Pəncabın informasiya naziri Əmir Mir hadisələrlə bağlı 100-dən çox adamın saxlanıldığını açıqlayıb.

Siyasət rubrikasından digər xəbərlər