Paşinyan avqustun 1-dən Rusiya hərbçilərinin tərk etdiyi İrəvan hava limanına baş çəkdi... - FOTOLAR

14:48 13.10.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanına səfər edib və burada Sərhəd Xidmətinin həyata keçirdiyi tədbirlərlə tanış olub.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, Ermənistan baş nazirini Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və MTX Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan müşayiət ediblər. Səfərdə “Zvartnots” Beynəlxalq Hava Limanının rəhbərləri də iştirak ediblər.

Hökumət  başçısı sərhəd qoşunlarının öz funksiyalarını yerinə yetirdiyi yola salınma və gəliş zallarında olub. Məsul şəxslər bildiriblər ki, sərhəd xidməti heç bir problem və ciddi insident olmadan həyata keçirilir.

Paşinyan sərhədçilərə işlərində uğurlar və təhlükəsiz xidmət arzulayıb.

Xatırladaq ki,  2024-cü avqustun 1-dək İrəvanın  hava limanında sərhəd xidməti Rusiya “FSB”-nin sərhəd qooşunlarının hərbçiləri tərəfindən həyata keçirilib. Rusiya hökuməti ilə razılaşmaya əsasən qeyd edilən tarixdən rus hərbçilər hava limanını tərk edib və onları erməni sərhədçiləri əvəzləyib.