Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpası imkanını təsdiqləyib

14:08 21.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilmiş görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında avtomobil əlaqəsinin bərpa olunması barədə Azərbaycanla razılıq əldə etmək imkanı yaranıb.

Hafta.az-ın erməni mətbuatına istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib:

"Biz həm də Azərbaycan Prezidenti İlham Əliyevlə dəmiryol əlaqəsinin bərpa olunması barədə prinsipcə razılıq əldə etmişik".

Siyasət rubrikasından digər xəbərlər