“Çərçivə sazişi” baş aldatmaqdır. Bizə elə bir sülh sazişi lazımdır ki, orada birmənalı olaraq vurğulansın ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, Qarabağ Azərbaycan ərazisidir”.
Bunu hafta.az-a politoloq Elxan Şıxəliyev Ermənistan baş naziri Nikol Paşinyanın sülh müqaviləsinə dair Azərbaycanla “çərçivə sazişi” təklifinə açıqlamasında bildirib.
Politoloq hesab edir ki, Paşinaynın “çərçivə sazişi” heç bir əhəmiyyət kəsb etmir və Azərbaycan heç vaxt ona getməz.
“Ermənistan kiməsə ümid edib əsas mövzulardan qaçmağa çalışır, prosesi ləngidir. Ona görə də düşünürəm ki, ilin sonuna qədər sülh sazişi imzalanmayacaq. Çünki Ermənistan Sülh sazişinin mətnini hazırlayacaq işçi qrupunu formalaşdırmayıb, sərhədlərin müəyyənləşməsi, dəhliz məsələsi yerində sayır. Belə olan halda irəliləyiş olmayacaq və gərginlik artacaq. Təbii ki, Ermənistanın təklif etdiyi “Çərçivə sazişi” heç bir halda çıxış yolu ola bilməz. O amorf bir sənəd olacaq. Paşinyan çərçivə sazişi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir”.