Yazını böyüt
Yazını kiçilt
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan KTMT-yə Ermənistan-Azərbaycan sərhədi boyunca monitorinq missiyası göndərməyi təklif edib.
Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
"İnanıram ki, Ermənistan və Azərbaycan tərəflərinin qarşılıqlı ittihamlarının reallığını aydınlaşdırmaq üçün həll yollarından biri KTMT-nin Ermənistan-Azərbaycan sərhədi boyunca müşahidə missiyasının yerləşdirilməsi ola bilər"- dedi Paşinyan bu gün hökumət iclasında bildirib.
O qeyd edib ki, KTMT çərçivəsində missiya həyata keçirməyin qeyri-mümkün olduğu şəraitdə ATƏT-in Minsk qrupunun həmsədrliyi də daxil olmaqla beynəlxalq səviyyədə tanınmış digər formatlar da qəbul edilə bilər.