Paşinyan qorxduğunu etiraf etdi - “ZƏNGƏZUR DƏHLİZİ” REALLAŞARSA...

19:33 18.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, Azərbaycanın “Zəngəzur dəhlizi” ilə bağlı irəli sürdüyü tezis reallaşarsa, Ermənistanın ərazi bütövlüyü problemi yaranacaq.

Hafta.az bildirir ki, bu barədə “Azatutyun” radiostansiyasına daxil olan baş nazirinin administrasiyasının məlumatında deyilir.

Azərbaycanın “Zəngəzur dəhlizi” ilə bağlı irəli sürdüyü tezis reallaşarsa, Ermənistanın ərazi bütövlüyü ilə bağlı problemi olacaqmı sualına cavab qısa olub – “bəli”.

Hökumət başçısından Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanması barədə danışarkən, hazırda Azərbaycanın "işğalı altında olan sovet dövründəki Ermənistan anklavının" yadında olub-olmamasına da aydınlıq gətirilməsi xahiş olunub. Baş nazir administrasiyası yenə müsbət cavab verib. Bu, xüsusən də Artsvaşen (Başkənd) anklavına aiddir.