Paşinyan rus sülhməramlıları barədə - “QARABAĞDAN BU TARİXDƏ GEDƏCƏKLƏR”

15:13 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda rus sülhməramlılarının getmə ehtimalından danışıb.

 “Bakı ilə Xankəndidəki ermənilər arasında dialoq səmərəli nəticə verdikdə, Qarabağda heç bir təhlükə qalmadıqda, Rusiya sülhməramlıları bölgədən çıxarılacaq”. Paşinyan deyib.

“Sülhməramlılar üçtərəfli bəyanata əsasən Rusiya Federasiyasının Federal Məclisinin müvafiq qərarı ilə Qarabağa yerləşdiriliblər. Onların regiondakı mövcudluğunun əsas məqsədi Qarabağdakı erməniləri qorumaqdır. Onlar regiondan çıxarılanda, artıq təhlükə yoxdur deməkdir” – deyə, o bildirib.

Siyasət rubrikasından digər xəbərlər