Yazını böyüt
Yazını kiçilt
İyun ayının əvvəllərindən bəri mütəmadi olaraq İrəvanda kütləvi velosiped yürüşləri təşkil edən Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu gün – 30 iyunda səhər tezdən Paşinyanla velosiped yarışına qatılan velosipedçiləri necə qonaq etdiyini əks etdirən video yayımlayıb.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.
Bundan əvvəl Paşinyan sosial şəbəkələrdəki səhifələrində bu gün vətəndaşlarla 6-cı velo-yürüşün baş tutduğunu açıqlamışdı.
“Velosiped işıqdır, velosiped komandadır, velosiped perspektivdir. Yaşasın velosiped”, - Baş nazir son velo-yürüşü əks etdirən videoya şərhində belə yazıb.