Paşinyan yenə restoranda yeyib-içib rəqs etdi... - Ermənilər hiddətləndi... - FOTO

14:30 22.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dünən yanvarın 21-də Ermənistanın Tavuş vilayətinin patrul xidmətinin İcevan şöbəsi işə başlayıb. Baş nazir Nikol Paşinyan İcevanda patrul xidmətinin fəaliyyətə başlamasına həsr olunmuş məclisdə iştirak edib.

Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Xəbərdən bəlli olur ki, jurnalistlər və yerli əhali cəmi 3 gün öncə Azat kəndində 15 çağırışçının yanaraq ölməsinə baxmayaraq Paşinyan başda olmaqla hökumət rəhbərlərinin şənlənməsini hiddətlə qarşılayıb.

“İcevanda o qədər patrul var idi ki, şəhər İtaliyanın mafiozlarla məşhur Siciliya əyalətini xatırladırdı, insanlar bu mənzərədən hətta təşvişə düşmüşdülər.

Məhz bu hakimiyyətin fəaliyyətsizliyi nəticəsində Azat kəndində 15 çağırışçının həlak olmasına baxmayaraq Paşinyanın başçılıq etdiyi hökumət nümayəndələri daxili işlər nazirinə məxsus İcevan restoranlarından birində - “Dok”da şənlik təşkil etmək qərarına gəliblər.  İcevanda olan “Hraparak” mənbələri xəbər verir ki, hakimiyyət nümayəndələri heç nə olmamış kimi saatlarla əylənib” – erməni qəzeti belə yazır.