Paşinyandan sülh sazişi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

14:10 12.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş naziri Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsi mümkündür. Bunun üçün sülh sazişi imzalanmalıdır.

Hafta.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Danışıqlar prosesi zamanı bu məsələ müzakirə olunub və olunmaqdadır. Bizim mövqeyimiz belədir ki, beynəlxalq məhkəmələrdə şikayətlərinin geri götürülməsi prosesin ən sonunda, sülh sazişinin müddəaları razılaşdırılanda və tərəflərin artıq onu imzalamağa hazır olması bəlli olanda müzakirə oluna bilər. Bu məntiqlidir. Sülh sazişi imzalanırsa, bir-birinə qarşı hüquqi müharibələr aparmaq nəyə lazımdır" - Paşinyan deyib.