Ermənistan və ABŞ “Beynəlxalq Sülh və Rifah naminə Trump Marşrutu” layihəsinin məzmunu ilə bağlı ətraflı müzakirələr aparırlar.
Hafta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər şey əvvəlcədən detallı şəkildə müzakirə olunmalı, layihələndirilməli və yalnız bundan sonra icra olunmalıdır.
“Hazırda biz “Trump marşrutu” layihəsinin mətni üzərində işləyirik. Masada artıq elementlər var və biz onları yekunlaşdıraraq vahid sənəd formasına salmalıyıq”.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin qurulması ilə bağlı birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Trump Marşrutu” adlandırılıb.