Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill insanları elm və dinlə qarşıdurma yaratmamağa çağırıb.
Hafta.az-ın yazdığına görə, Krasnodar vilayətindəki “Sirius” Elm və Texnologiya Universitetinin laboratoriya kompleksini ziyarət edən Patriarx deyib: "Allah qüdrətli bir Kainat yaratdı, O, bizim içimizə təkamül qabiliyyətini qoydu. Bəzən təkamülün Allahın dizaynına zidd olduğu deyilirdi. Halbuki təkamül Allahın dizaynına zidd deyil, əksinə, insanın inkişaf etdirə biləcəyi inanılmaz ilahi dizaynın sübutudur. Buna görə də mənim üçün təkamül, yeri gəlmişkən, Darvin çox dindar insan idi, heç vaxt dinə qarşı arqumenti aşkarlanmayıb. Elmsiz texniki tərəqqi, dinsiz mənəvi inkişaf yoxdur və heç kim heç kimə nəyisə sübut etməyə çalışmamalıdır”.
Çeçenistanın keçmiş baş naziri, hazırda Rusiya baş nazirinin müavini olan Müslüm Huçiyev təhsil naziri Sergey Kravtsova Darvinin nəzəriyyəsinin məktəb dərsliklərindən çıxarılmasını təklif edib. Hüçiyev “nəzəriyyənin səhv olduğunu” və bunun “uşaqların mənəvi çöküşünə” səbəb olduğunu iddia edib.