Patriarx Kirill: “Düşmənlər iki dini bir-birinə qarşı qoymağa çalışırlar”

09:46 28.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada baş verən son terror hadisəsini dəyərləndirən Ortodoks ruhani lideri Patriarx Kirill, "Onlar insanları bir araya gətirmək üçün dini və etnik qruplararası faktorlardan istifadə etməyə çalışırlar. Amma buna imkan verə bilmərik" deyib.

Hafta.az-ın yazdığına görə, o, Rusiyanın düşmənlərinin ölkə daxilində vəziyyəti çaşdırmaq üçün bütün cəhdlərinin indiyədək nəticəsiz olduğunu və bundan sonra heç bir nəticə verməyəcəyini vurğulayıb.

Ümumdünya Rusiya Xalq Şurasının qurultayında çıxış edən ruhani lider pravoslav və müsəlmanların ideoloji-mənəvi birliyini heç nəyin parçalaya bilməyəcəyinə diqqət çəkib.

Rus Pravoslav Kilsəsinin rəhbəri əlavə edib ki, İslam icması ilə qarşılıqlı əlaqə pravoslav kilsəsi üçün prioritet olaraq qalır.

Ölkədəki bütün dindarların birgə səylərlə rus dünyasının birliyini qorumağa çalışdıqlarını bildirən Patriarx, "Bizim birliyimiz Rusiyanı məhv etmək arzusunda olan düşmənlərimizə maneədir. Onların bütün səyləri boşa çıxacaq" deyib.