Yazını böyüt
Yazını kiçilt
Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill iddia edib ki, Rusiya immiqrantlar səbəbindən öz şəxsiyyətini itirmək riski altındadır.
Hafta.az-ın yazdığına görə, Moskva Dövlət Pedaqoji Universitetinin tələbələri ilə bir araya gələn Kirill, “Təhsilli, intellektual rus xalqı digər inanc və mədəniyyətlərə hörmətlə yanaşmalıdır, lakin bu inanc və mədəniyyətlərin sahibləri bir anda bərabərləşərsə və ya sayca dominant olarsa, ölkəni, milli kimliyimizi itirəcəyik” deyib.
Kirill bildirib ki, ölkəyə təsir edən demoqrafik proseslər dövlətin mahiyyətini kökündən dəyişə bilər.