Moskvanın ən məşhur parklarından olan “Patriarx Prudi” 210 yaşını qeyd edir.
Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, Mixail Bulqakovun “Ustad və Marqarita” romanının yazılmağa başladığı məkan kimi ədəbiyyatda mühüm yeri olan və bu gün “ən eksklüziv mərkəzi məhəllə” kimi tanınan parkda ən bahalı evlər və restoranlar yerləşir. Park 21 fevral 1814-cü ildə salınıb. Bu gün rayonun adı paytaxt jarqonunda qısaldılaraq "Patriki" kimi qəbul edilir.
Əsrlər əvvəl keçilərin otladığı kimsəsiz bir yer olsa da, Patriarx Germogen dövründə kilsəyə məxsus olan bu torpaqda əvvəlcə Patriarx Sloboda adlı yaşayış məntəqəsi, daha sonra Patriarx Prudi adlı qoşa gölməçə var idi. Ancaq bu gün park yalnız gölməçədən ibarətdir.
Gölməçələrin ətrafında parkın salınması 1814-cü il fevralın 21-də Fransa ordusunun qovulması şərəfinə baş tutub.
Sovet İttifaqı dövründə onun adı kommunist uşaq təşkilatının şərəfinə “Pionerskie Prud” olaraq dəyişdirilib.
Bulqakovun ölməz əsəri “Ustad və Marqarita” parka dünya şöhrəti gətirir.