Paytaxtda avtobuslardakı sıxlıq aradan qaldırılmır - FOTO

15:03 23.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla mübarizə tədbirləri nəticəsində tətbiq olunan karantin rejiminə baxmayaraq hələ də, paytaxtın bəzi marşrut xətlərində sərnişin sıxlığı müşahidə edilir. Bu sıxlıq xüsusilə də insanların iş yerlərini tərk etməyə başladığı  axşam saat 18.00-19.00 arasında yaşanır.

Bu dəfə də, mövcud vəziyyətlə bağlı bəzi ərazilərdə müşahidələr apardıq. Öncə Tbilisi prospektində 20 Yanvar metrostansiyası istiqamətinə yolda çox sayda sərnişinin avtobus gözləyidiyinin şahidi olduq. 79 saylı marşrut avtobusu salon dolu halda dayanacağa yaxınlaşsa da, bir çox insanlar ara məsafəsi gözləmədən çox sıx bir şəkildə avtobusa minməyə çalışırdı. Qeyd edək ki, bu cür vəziyyət kkarantin tejiminin kobud şəkildə pozulması və koronavirisun sürətlə yayılması deməkdir.

20 Yanvar Metrostansiyası ətrafında da eyni vəziyyət idi. Marşrutların qrafikindəki ara məsafəsinin çoxluğu sərnişinlərin sayını da artırırdı. Bundan da 6 nəfər üçün nəzərdə tutulan taksilərin sürücüləri məharətlə istifadə edirdilər və ” 8-ci kilomert” qəsəbəsinə, “Neftçilər” metrostansiyasına kimi adamın birini 1 manata aparırdılar. Qeyd edək ki, nə avtobus sürücüləri, nə də sərnişinlərin əksəriyyəti qoruyucu əlcək və maskalardan istifadə etmirdilər.

Xatırladaq ki, xüsusi karantin rejiminin müddəti mayın 4-ə qədər uzadılıb. Deməli, aidiyyatı qurumlar bu vəziyyətin yaşanmaması üçün hələ bu tarixə qədər karantin rejimi qaydalarının tənzimlənməsi istiqamətində ciddi fəaliyyət göstərməlidirlər.