Paytaxtda xəsarətlə nəticələnən yol qəzası

09:47 24.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

 

Azadlıq prospektində iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Həsənov Elşad Elşən oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona burnun sınığı diaqnozu qoyulub.