“Pelosi Ermənistana növbəti təxribat tapşırıqlarını vermək üçün gəldi...” – Rauf Qurbanov

15:58 21.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

18 sentyabr 2022-ci il tarixdə Ermənistana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bölgədəki vəziyyəti təhrif  edən açıqlaması ilə gündəmə gəlib.

Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamları nə ilə əlaqələndirmək olar? Pelosi bu davranışı ilə nəyə nail olacaq?

Bu istiqamətdə hafta.az-a açıqlama verən AKP sədri Rauf Qurbanov bildirib ki, Nensi Pelosi İrəvana Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazisində törətdikləri təxribatı Paşinyanın öz dilindən eşitməyə, vəziyyətlə yerində tanış olmağa, Ermənistanın müvafiq orqanları ilə fikir mübadiləsi apararaq,  Ermənistan rəhbərliyinə regionda vəziyyəti daha da gərginləşdirməyə dair növbəti tapşırıq vermək üçün gəlib.

“Heç kimə sirr deyil ki,  Azərbaycanı təxribata çəkmək istəyən Ermənistan bu yöndəki bütün addımlarını Qərbdən aldığı təlimatlar əsasında edir. Bölgədəki mövcud geosiyasi reallıq Qərbin maraqlarına uyğun gəlmir və onlar  iki il bundan əvvəl  44  günlük zəfər savaşında Azərbaycanın Ermənistan üzərində qazanmış olduğu şanlı qələbəsini və Ermənistanın kapitulyasiya aktına imza atmasını qəbul edə bilmirlər.  Bu reallıq ABŞ,  Fransa  ilə yanaşı,  digər Avropa Birliyinə daxil olan dövlətləri də  qane etmir”.

AKP sədri bildirib ki, Azərbaycan Republikasının Prezidenti  İlham Əliyev mütəmadi  olaraq öz çıxışlarında qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar Ermənistanla aparılacaq müzakirələrdə Qarabağ məsələsi müzakirə obyekti ola bilməz, çünki bu ölkəmizin daxili işidir. Eyni zamanda, dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti və xalqı ATƏT-in Minsk qrupunun  fəaliyyətinin yenidən bərpa olunmasını istəmir   və Qarabağ məsələsinin həmin qurumda müzakirə edilməsinə ehtiyac duymur.

“Bütün bunlara baxmayaraq, Amerika Birləşmiş Ştatlarının  dövlət katibi Blinken Minsk qrupuna yeni amerikalı həmsədrini  təyin edir və həmin şəxs də Ermənistan tərəfindən qəbul olunur. Bunun ardınca Ermənistan müdafiə naziri Papikyan ABŞ-a səfər edir və səfər çərçivəsində Penslivanidə və Pentaqonda ABŞ Müdafiə Nazirliyinin yüksəkçinli rəsmiləri ilə məxfi görüşlər keçirərək danışıqlar aparır. Maraqlıdır,  amerikalı həmsədrin İrəvandakı, Papikyanın isə Pentaqondakı görüşlərindən sonra Ermənistan sentyabrın 12-dən  13-ə keçən gecə Azərbaycana ərazisində təxribat törədir və  törədilmiş təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilər olur və infrastruktura ziyan dəyir. Azərbaycan Respublikası Ali Baş Komandanının rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Ermənistan tərəfindən törədilmiş təxribatın qarşısını qətiyyətlə alır və qarşı tərəfin atəş nöqtələri susdurulur”.

 R.Qurbanov qeyd edib ki, Ermənistan bu hərəkəti  ilə Rusiyanı Ukraynadan sonra postsovet məkanının başqa bir bölgəsində - Cənubi Qafqazda ABŞ-la üz-üzə qoymaq istəyir.

Siyasət rubrikasından digər xəbərlər