Danimarkada pensiya yaşı 2040-cı ildən 70-ə qaldırılacaq.Yeni qanun parlamentdən heç bir müzakirə aaprılmadan keçib və sosial konsensus əldə edilib.
Hafta.az-ın yazdığına görə, Danimarkada pensiya sistemi son illər əhəmiyyətli dəyişikliklərə məruz qalır. 2006-cı ildə həyata keçirilən islahatlardan sonra pensiya yaşı ölkədə gözlənilən ömür uzunluğu ilə müəyyən edilir və hər beş ildən bir yenilənir.
Danimarka parlamenti bu yaxınlarda pensiya yaşını 2040-cı ildən etibarən 67-dən 70-ə qaldıracaq qanunu qəbul edib. Parlamentdə keçirilən səsvermədə 81 millət vəkili “hə” və yalnız 21 deputat “yox” deyib. Bu nəticə zahirən mübahisəli görünən məsələdə geniş konsensusun göstəricisi hesab olunur.
Yeni plana görə, mövcud sistemə əsasən, növbəti bir neçə il ərzində pensiya yaşı tədricən artırılacaq. 2030-cu ildə 68, 2035-ci ildə isə 69-a yüksələcək. 2040-cı ildən başlayaraq isə 70 yaşını tamamladıqda pensiyaya çıxa biləcək.
Keçən yay verdiyi açıqlamada Danimarkanın baş naziri Mette Frederiksen pensiya yaşını avtomatik olaraq qeyri-müəyyən müddətə artırmağa davam edə bilməyəcəklərini ifadə edərək, sistemin gələcəkdə yenidən nəzərdən keçirilə biləcəyini vurğulamışdı.