Pentaqon Rusiya ilə əlaqə kanallarının açıq qaldığını bildirib

20:11 24.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ və Rusiya arasında hərbi kommunikasiya kanalları açıq olaraq qalır və ABŞ-ın müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarları ilə daim əlaqə saxlamağa hazırdır.

Bu barədə bazar ertəsi jurnalistlərə Pentaqonun yüksək rütbəli nümayəndəsi bildirib. "Rabitə xətti açıqdır", - "Amerikanın Səsi" radiostansiyasının müxbiri Ceff Seldin Twitter-də onun sözlərini sitat gətirir. Onun sözlərinə görə, müdafiə naziri “lazım olduğu qədər Rusiya tərəfi ilə danışıqlar aparmağa hazırdır”.