Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı fevralın 27-də keçiriləcək

17:54 04.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) yanvar və fevral aylarında müxtəlif imtahanlar keçirəcək.

DİM-dən hafta.az-a bildirilib ki, peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı fevralın 27-də təşkil olunacaq. Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanının isə fevralın 28-də keçirilməsi nəzərdə tutulub.