Yazını böyüt
Yazını kiçilt
Yeni Zelandiyada bir qadın koronavirusa qarşı Pfizer vaksini vurdurandan sonra dünyasını dəyişib. Ölümün vaksinlə bağlı olduğu təxmin edilir.
Müstəqil Covid-19 Peyvənd Təhlükəsizliyi İzləmə Qurumunun məlumatına əsasən, qadının peyvəndin nadir görülən miyokardit (ürək əzələsi iltihabı) səbəbiylə öldüyü güman edilir.
Ayrıca, "peyvəndləmənin ardından nəticəyə təsir edə biləcək" başqa tibbi problemlər olduğu da ifadə edilib.
Qadının rəsmi ölüm səbəbi isə hələlik açıqlanmayıb.
Bu ölüm, Yeni ZelandayadaPfizerin Covid-19 peyvəndi ilə bağlı ilk ölüm halı sayılır.