Yazını böyüt
Yazını kiçilt
Pirallahıda ikimərtəbəli yataqxana binasında yanğın hadisəsi olub.
Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m² sahədə və dəhlizinin tavanı 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.