Pişiklər və sahibləri üçün 315 manata lüks qayıq turu

09:44 21.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sinqapurda pişiklər və onların sahibləri üçün dəbdəbəli qayıq turlarına start verilib. Biletin qiyməti 250 Sinqapur dolları “təxminən 315 manat) olan turlara yüzlərlə insan qatılıb.

Hafta.az-ın yazdığına görə, 2,5 saatlıq səyahət zamanı gəmi Sentosa adasının ətrafında dövr edəcək. Bu vaxt, sahibləri nahar edərkən, pişiklər onlar üçün ayrılmış xüsusi bölmələrdə qalacaqlar. Bununla belə, pişik sahibləri heyvanların gəzintidən həzz aldığını bildiriblər.

Sinqapurdakı yerli və xarici turistlər pişik gəmisi turuna böyük maraq göstərir. İndiyədək 200-dən çox bilet satılıb.

Təşkilatçılar həmçinin qayıq turunun pişiklər üçün təhlükəsiz olduğunu qeyd edirlər.

Gəmiyə yalnız peyvənd edilmiş pişiklər qəbul edilir.

İtlər üçün bu ekspedisiyalar ilk dəfə 2021-ci ildə başlayıb. Bu səfərə indiyədək 2000-dən çox it səyahət edib.