Pişiyi təpiklədiyi üçün HƏBS OLUNDU

15:00 02.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə pişiklərə qarşı zorakılığa görə daha əvvəl saxlanılan, amma məhkəmənin qərarı ilə nəzarətdə qalmaq şərti ilə sərbəst buraxılan Aytuğ Koyuncunun həbsinə qərar verilib.

Hafta.az-ın yazdığına görə, hadisə Küçükçəkməcədə baş vermişdi. Aytuğ Koyuncu Küçükçəkməcənin Atakənt səmtində yerləşən ərazidə pişiklərə qarşı zorakılıq göstərdiyi üçün saxlanılıb.

Küçükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu Sülh Cəza Məhkəməsinin çərşənbə axşamı Koyuncunun məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılması qərarına etiraz edib. Haqqında həbs qərarı çıxarılan Koyuncu yenidən saxlanılaraq həbsxanaya göndərilib.