Planşet təyyarənin salonunda partladı

16:30 23.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da Hawaiian Airlines şirkətinə məxsus təyyarənin göyərtəsində sərnişinin planşeti yanıb. Fox 12 kanalı təfərrüatları təqdim edir.

Fövqəladə hadisə sentyabrın 19-da Havay ştatının Honolulu şəhərindən Oreqon ştatının Portlendə uçan Airbus A330 təyyarəsində baş verib. Sərnişinlərdən birinin iPad-inin həddindən artıq qızdığı və salonu tüstü ilə doldurduğu dəqiqləşdirilir.

Ekipaj dispetçerləri insidentlə bağlı məlumatlandırıb, lakin yanğına baxmayaraq, təyyarə təhlükəsiz şəkildə təyinat hava limanına enib. 280 sərnişin və 10 ekipaj üzvündən heç biri xəsarət almayıb.