Polis Nardaranda silah-sursat aşkarladı

15:57 02.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nardaranda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ə.Qarayev tapdığı içərisində 1 ədəd lüləsi kəsilmiş “İJ” markalı tüfəng, 1 ədəd “RQD” qumbarası, 57 ədəd patron və zəncir olan torbanı könüllü olaraq 42-ci PB-yə təhvil verib.