Yazını böyüt
Yazını kiçilt
Polşa Cənubi Koreya ilə 288 ədəd “K239 Chunmoo” çoxbarrelli reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilə imzalayıb. Polşaya 6,1 milyard dollara başa gələcək raket buraxılış qurğularının ilk partiyası 2023-cü ildə təhvil veriləcək.
Hafta.az bildirir ki, Polşa Rusiyanın Ukraynaya hücumlarından sonra silah idxalını sürətləndirib. Tank və haubitsaların daşınmasından sonra Varşava administrasiyası nəhayət Cənubi Koreya ilə 288 ədəd “K239 Chunmoo” tipli çoxbarrelli reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Polşa Cənubi Koreyaya təxminən 6,1 milyard dollar ödəyəcək.