Polşa ilə Kanada Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

13:26 14.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşa Prezidenti Anjey Duda ilə Kanadanın Baş naziri Castin Trüdo arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barfədə polşa Prezidenti özünün tviter səhifəsində yazıb.

“Castin Trüdo ilə çox yaxşı söhbətimiz oldu. Polşa və Kanada Ukraynanın təhlükəsizliyini təmin etmək üçün səylərini davam etdirir. Biz regionun sabitliyinə qarşı yönəlmiş təhdid mənbələrinin haradan gəldiyi ilə bağlı həmfikirik”, - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 12-də Kanadanın Baş naziri Castin Trüdo ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında danışıqlar baş tutub.

Tərəflər danışıqlardan sonra verdikləri açıqlamada Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.