Polşa ordusu son 34 ildə ən böyük hərbi parad keçirəcək

11:07 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rəsmi Varşava Polşa Ordusu Günü münasibətilə 1989-cu ildən bəri ən böyük hərbi parad keçirməyə hazırlaşır.

Hafta.az-ın yazdığına görə, bu barədə 1-ci Varşava Zirehli Briqadasının mətbuat katibi, leytenant Yacek Piotrovski Polşa radiosuna istinadən bildirir.

“Polşa Ordusu Günü ilk növbədə hər bir polyak üçün əvəzsiz bayramdır və hər bir istəyən şəxs bayram paradını canlı və ya mediadan izləyə biləcək. Polşa ordusu tezliklə ən müasir silah və sursatla təchiz olunacaq”, - leytenant Piotrovski deyib.

Bildirək ki, 1989-cu ildən bəri Polşa Silahlı Qüvvələrinin ən böyük və ən müasir hərbi paradı avqustun 15-də - Polşa Silahlı Qüvvələr Günü qeyd olunacaq.

Piotrovski Varşavada Vıslostrada hərbi parad zamanı xüsusilə Polşa, Amerika və Koreya istehsalı olan avadanlıqları görmək mümkün olacağını xatırladıb və əlavə edib ki, attraksionlar arasında onlarla hərbi piknik də olacaq. “Polşa Ordusu Günü münasibətilə keçirilən parad üç illik fasilədən sonra qayıdır”, - o, deyib.

Avqustun 15-də Varşava yaxınlığında bolşeviklərə qarşı qalibiyyətli döyüşün ildönümündə müxtəlif birləşmələrin əsgərləri paytaxt küçələrinə çıxacaqlar.

Paradda Polşadan başqa ABŞ, Böyük Britaniya, Xorvatiya və Rumıniya hərbçiləri də iştirak edəcəklər.

Siyasət rubrikasından digər xəbərlər