Polşa “Patriot” kompleksini hava hücumundan müdafiə sisteminə inteqrasiya edib

20:23 14.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, ölkə etibarlı raket və hava hücumundan müdafiə sistemi yaratmaqda Aİ tərəfdaşlarını bir neçə addım qabaqlayıb. Hafta.az bildirir ki, o, mətbuat konfransında bildirib.

“Biz dünən bəyannaməni imzalayan tərəfdaşlarımızdan bir neçə addım irəlidəyik. Onlar indicə niyyət bəyannaməsini imzaladılar və bizdə artıq bu sistem Polşa torpağında var”.

Daha əvvəl bildirilmişdi ki, Polşa oktyabrda ABŞ-ın “Patriot” hava və raketdən müdafiə sisteminin elementlərinin ilk sınaqlarına başlayacaq.