Prezident konfrans iştirakçılarına müraciət ETDİ

10:05 10.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciət ünvanlayıb.

Hafta.az xəbər verir ki, müraciət mətnini COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oxuyub.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) başlayıb. Tədbir “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” mövzusuna həsr olunub.

Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edirlər.