Yazını böyüt
Yazını kiçilt
Çeçenistan rəhbərinin anası Aymani Kadırova “Şərəf” ordeni alıb. Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Sənədə əsasən, Aymani Kadırova “aktiv ictimai işlərə görə” mükafat alıb.
Ramzan Kadırovun anası həyat yoldaşı Axmat Kadırovun adına İctimai Fondun prezidentidir. 2021-ci ildə fond 10,9 milyon rubl mənfəət əldə edib.
Fondun saytında qeyd edildiyi kimi, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra onun hesabına “Donbasdakı mülki şəxslərə minlərlə ton humanitar yardım” göndərilib.
Bundan əvvəl Ramzan Kadırov bildirmişdi ki, təşkilat biznes fəaliyyəti və ailəsinin vəsaiti hesabına maliyyələşir.