Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayandan sonra qarşılaşdığı uğursuzlu gizlətmək və bu yolla cana yığılmış rusiyalıların başını qatmaq üçün dünyanı nüvə silahı tətbiq edəcəyini deməklə hədələməyə başlayıb. Xüsusilə də, işğal etdiyi Ukrayna ərazilərində qondarma referendum keçirdikdən sonra bu məsələ daha da aktuallaşıb.
Hafta.az-ın yazdığına görə, Ukrayna lideri Zelenskinin “Putin blef edir, nüvə silahından istifadə etməyəcək” deməsinə cavab olaraq Britaniyanın "Daily Express" qəzetinə danışan amerikalı Slavyan Dilləri üzrə professor Piter Dunkan bildirib ki, əgər Putin Qərbə qarşı nüvə silahından istifadə etməyə çalışsa, o, öz generalları tərəfindən öldürüləcək və bundan sonra müharibə başa çatacaq. Digər tərəfdən, Dunkan qeyd edib ki, Putin NATO-nun əks-hücumundan qorxur. Ona görə də özünü bir az təmkinli aparmağa çalışır.