Ankara Astanada Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşünü gözləyir.
Hafta.az France-Presse-ə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, görüş oktyabrın 12-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (CICA) çərçivəsində baş tuta bilər.
"Çərşənbə günü Qazaxıstanın paytaxtı Astanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək", - məlumatda deyilir.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Ərdoğanın Astanada, CICA çərçivəsində görüşünün mümkünlüyünü istisna etməyib. O qeyd edib ki, Putin Astanaya səfər etməyi planlaşdırıb.
Kreml sözçüsü həmçinin qeyd edib ki, Moskva Rusiya ilə Fransa, İngiltərə, Almaniya və ABŞ arasında Türkiyədə mümkün danışıqlara dair konkret təkliflər almayıb, lakin bu məsələ Astanada CICA çərçivəsində Ərdoğanla müzakirə oluna bilər.