Türkiyə və Rusiya prezidentləri arasındakı telefon danışığına dair Türkiyə Cümhurbaşkanlığı da açıqlama yayıb.
Hafta.az apa-ya istinadən xəbər verir ki, Türkiyə bürosunun məlumatına görə, telefon danışığında Türkiyə-Rusiya münasibətləri, həmçinin Azərbaycan-Ermənistan məsələsi, Suriya və Liviyadakı vəziyyət müzakirə olunub.
Türkiyə prezidenti Ərdoğan Azərbaycan torpaqlarına hücum edərək, yeni gərginlik yaratmış Ermənistanın 30 illik işğalı davam etdirməyə çalışdığını qeyd edib. Ərdoğan Türkiyənin həm Minsk qrupu üzvü, həm də ikili münasibətlər çərçivəsində bu məsələnin həllinin tərəfdarı olduğunu ifadə edib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Hafta.az-ın TASS-a istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Tərəflər Dağlıq Qarabağla bağlı siyasi prosesin, xüsusən də ATƏT-in Minsk Qrupu çərçivəsində aktivləşdirilməsinin lehinə çıxış ediblər.