Putin yeni qlobal böhranla bağlı xəbərdarlıq edib

14:45 04.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı bildirib ki, inkişaf etmiş ölkələrin borclarının yığılması dünyada yeni münaqişələr və qlobal böhran riskini artırır.

Dövlət başçısının sözlərinə görə, geosiyasi ziddiyyətlər getdikcə kəskinləşir, beynəlxalq təhlükəsizlik sistemi deqradasiyaya uğramaqda davam edir, inkişaf etmiş ölkələrdə borcların nəzarətsiz yığılması, sosial təbəqələşmə və artan iqtisadi vəziyyət fonunda yeni qlobal iqtisadi-maliyyə böhranının riskləri artır.

Bundan əlavə, Rusiya lideri ərzaq və ekoloji təhlükəsizliyin pisləşməsinə diqqət çəkib.

Putin qeyd edib ki, bütün bu sadalanan problemlər birlikdə münaqişə potensialının nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxarır.

Siyasət rubrikasından digər xəbərlər