Putinə 70 yaş hədiyyəsi - "AZƏRBAYCANIN NEFT-QAZ KƏMƏRLƏRİ HƏDƏFDƏ..."

13:23 06.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni başqa adla da olsa bərpa etmək cəhdləri ilə bağlı ən böyük risk Gürcüstanın üzərinə düşür. Daha sonra isə bu siyahıya Ermənistan, Moldova, Qazaxıstan və digər keçmiş sovet respublikaları da daxil ediləcək.

Hafta.az bildirir ki, bu fikirləri ukraynalı politoloq Roman Rukomeda EURACTIV.com saytında dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı hücumu da məhz Putinin SSRİ-ni bərpa etmək cəhdləri ilə bağlıdır. Putin bu prosesi simvolik bir tarixə - Sovet İttifaqının yaradılmasının 100 illiyinə qədər başa çatdırmaq niyyətində idi. Üstəlik, 2022-ci ilin dekabrında SSRİ-nin yaranmasının 100 illiyi qeyd olunur və oktyabrın 7-də Putinin 70 yaşı tamam olacaq.

“Bu il onun üçün xüsusi ildir və o, yubileyini əlamətdar hadisələrlə başa vurmaq niyyətindədir. Bu tarixlərdən əlavə, Putin ümumiyyətlə Rusiyanın keçmiş sovet respublikalarına birbaşa təsirini bərpa etmək fikrindədir".

Roman Rukomeda bildirib ki, Ukraynadan sonra ən böyük hədəf Gürcüstandır. Belə ki, bu ölkənin ərazisindən Azərbaycan karbohidrogen ehtiyatlarını lərinin Türkiyəyə və oradan Avropaya daşıyan iki böyük boru kəməri keçir. Bu kəmərlərin fəaliyyətinin dayandırılması Avropanı tamamilə neft-qaz blokadasına almaq istəyən Rusiya üçün vacibdir: "Gürcüstan Ermənistanın növbəti mümkün Rusiya işğalına qapı ola bilər. Moldovanı da Dnestryanıdakı Rusiya hərbi bazası da təhdid edir”.

Siyasət rubrikasından digər xəbərlər