Rusiyanın Donetsk və Luqanskı tanımaq qərarından sonra Almaniyadan son dəqiqə aşıqlaması gəlib. Hafta.az xəbər verir ki, Almaniya Rusiyadan birbaşa təbii qaz axınına başlayacaq “Şimal axını 2” boru kəmərini dayandırıb.
ABŞ lideri Co Bayden fevralın əvvəlində Ağ Evdə qonaq etdiyi Almaniya kansleri Olaf Şolzla görüşdə “Şimal axını 2”nin sona çata biləcəyini deyib. Almaniya kansleri Şolz isə mətbuat konfransında Baydenə açıq dəstək verməmişdi.
“Şimal axını 2” Baltik dənizinin altından birbaşa Almaniyaya uzanır. Tikintisi sentyabrda başa çatsa da, Almaniya qanunlarına uyğun gəlmədiyi üçün noyabrda təsdiqi dayandırılan 1225 kilometrlik boru kəmərinin tikintisi 5 il çəkib və təxminən 11 milyard dollar xərclənib.
Layihə Rusiyadan Almaniyaya göndərilən təbii qazın həcmini iki dəfə artırmaq məqsədi daşıyırdı. Rusiya hazırda 2012-ci ildə tamamlanan “Şimal axını” xətti ilə Almaniyaya qaz nəql edir. Layihə reallaşarsa Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql olunacaq. Boru kəməri Rusiyanın dövlət qaz şirkəti “Qazprom”a məxsusdur.
“Şimal axını 2” layihəsinə ən böyük etirazlar ABŞ, Ukrayna və Polşadan gəlib. Xəttin ləğvini müdafiə edənlər bunun Rusiyanın maraqlarına zərər verəcəyini, gəlirlərini azaldacağını və Avropanın enerji baxımından Rusiyadan asılı olmadığını sübuta yetirəcəyini bildiriblər.