Samara Vilayət Dumasının Rusiya Federasiyası Kommunist Partiyasından deputatı Mixail Abdalkinə münasibətdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınması üçün inzibati protokol (İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi) tərtib edilib. Materiallar Novokuibışevsk şəhər məhkəməsinə göndərilib.
Protokola martın 7-də baxılacaq.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciət edib. Bu gün Abdalkin “VKontakte” sosial şəbəkəsindəki səhifəsində dövlət başçısının mesajını qulağında makaron olarkən izlədiyi video ilə yazı dərc edib.
Daha sonra Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Abdalkinin bu hərəkətindən qəzəblənib və Kommunist Partiyası fraksiyasının rəhbərliyini öz partiyadaşını “cilovlamağa” çağırıb.
Öz növbəsində Kommunist Partiyası fraksiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Yuşşenko Gazeta.Ru-ya müsahibəsində deputatın əməlini “axmaqlıq” adlandırıb və onu “peşəkar fəaliyyətinə” qiymət verməyə çağırıb.