Qadına qarşı quldurluq edən şəxs tutulub

15:54 14.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində qadına qarşı quldurluq edən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, mayın 9-da F.İsmayılovaya zor tətbiq edərək telefonunu əlindən alan şəxs tapılıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluqdaşübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əşrəfov saxlanılıb.