“Qadınlara qarşı zorakılığı böyük ədalətsizlikdir” – Qırğızıstan müftisi

10:00 30.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Bu gün qadınlara qarşı baş verən zorakılıq, laqeydlik, aşağılama təbiət qanunlarına, şəriət qanunlarına zidd olan böyük ədalətsizlikdir”.

Hafta.az-ın yazdığına görə,  bunu Qırğızıstan müftisi Əbdüləziz Zakirov deyib. O, qeyd edib ki, İslam həmişə qadına hörmət edib və onları qoruyub.

"Məhəmməd Peyğəmbər buyurub: "Sizin ən yaxşınız qadını ilə ən yaxşı rəftar edəninizdir" və bununla da kişilərin imanını qadına münasibətinin səviyyəsi ilə ölçür. Qadın hüquqları müqəddəsdir. Onlara etinasızlıq imanın zəifliyidir. Burada Uinston Çörçilin dediyi sözləri xatırlayırıq: "Qadını uca tutan cəmiyyət böyük cəmiyyətdir. Qadını tapdalayan millət öz taleyini tapdalayır. Bu, həqiqətdir" deyib müfti.

O, vurğulayıb ki, qadın öz gözəlliyini, mahiyyətini, özünü kişilər vasitəsilə güclü şəkildə hiss edir.

"Əgər qoruma borcumuzu unutsaq, kişi deyilik, sadəcə, kobud qüvvə olarıq. Kişinin böyüklüyü qadına münasibətindən bilinər. Qadına mərhəmətli olan kişi Rəbbinə yaxın olar. Qadın da ana kimi behiştin qapılarını açır, bir qadın olaraq sizin cənnətə daxil olmanızın səbəbkarıdır. Bir qız olaraq, onlar qəlbinizin aynasıdır. Onlara zülm etmək alçaqlıqdır”, - Əbdüləziz Zakirov qeyd edib.

"Sonda onu deyim ki, qadın mərhəmətin, səbrin, saf sevginin canlı nümunəsidir. Ona hörmət etmək imanın güzgüsü, zərər vermək qəlbin qaranlığıdır. Qadına münasibətimizi Quran nuru və Peyğəmbərimizin sünnəsinə uyğun quraq. Ailəni mərhəmətlə, cəmiyyəti rəhmətlə, cəmiyyəti əxlaqla, Rəbbimizin əxlaqı ilə əhatə edəcəyik” deyib müfti.