Alimlərin 45 insan cəsədi üzərində apardıqları son araşdırmada kişi və qadınların bağırsaq anatomiyasında əhəmiyyətli fərqlər aşkar edib.
Hafta.az-ın "New Scientist"ə istinadən yazdığına görə, müvafiq olaraq, qadınların nazik bağırsaqları kişilərdən əhəmiyyətli dərəcədə uzundur.
Kiçik bir nümunə üzərində aparılsa da, tədqiqat hamiləlik və ana südü ilə qidalanmanın səbəb olduğu enerji tələbinin qadın anatomiyasını dəyişdirdiyi fərziyyəsini dəstəkləyir. Bu fərziyyəyə görə, qadınların nazik bağırsaqları orqanizmə qəbul edilən qidadan daha çox lipidləri (bütün canlıların quruluşunda olan əsas üzvi birləşmələrdən biri) udmaq üçün təkamül keçirmiş ola bilər.
Tədqiqatçılar bağırsaqları təşkil edən strukturların qida maddələrinin udulması üçün ən həyati orqan olduğunu vurğulayırlar. Belə ki, incə bağırsaqlar qida ilə bədənə daxil olan maddələrin sorulmasına və həyati vacib molekulların qan damarlarına keçməsinə cavabdehdir.
Böyük Britaniyanın Brighton və Sussex Tibb Məktəbinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 21-i qadın və 24-ü kişi olmaqla, 45 cəsəddə "gizli cinsiyyət müxtəlifliyi" əlamətləri axtarılıb. Araşdırılan kişi cəsədlərin nazik bağırsaqlarının orta hesabla 4 metrdən bir qədər artıq, qadınların nazik bağırsaqlarının isə kişilərinkindən təxminən 30 santimetr uzun olduğunu ortaya qoyub.
Siçanlar, donuzlar və qurbağalar üzərində əvvəlki araşdırmalar göstərdi ki, bu orqanların uzunluğu qidalanma strategiyasından və onların qida emalında oynadığı roldan təsirlənir.
ABŞ-ın Şimali Karolina Dövlət Universitetindən Amanda Hale deyir ki, “nazik bağırsaq tamamilə sovrulmaq üçündür". Onun sözlərinə görə, yeyilən ərzaqlardakı qida maddələrinin əksəriyyəti məhz nazik bağırsaqlarda orqanizmə paylanılır.