Qal Qadotun “Kleopatra” filmi ilə bağlı xəbər həm mübahisələrə səbəb olur, həm də filmlə bağlı böyük gözlənti yaradır.
Hafta.az-ın “Screen Rant”a istinadən yazdığına görə, qədim Misirin məşhur kraliçası əvvəllər saysız-hesabsız böyük ekranda təsvir edilib. Ancaq bunlardan ən məşhuru 1963-cü ildə çəkilmiş filmdə Elizabet Taylor tərəfindən canlandırılıb.
Kleopatranı canlandıran sonuncu aktrisa “Netflix” serialında Adel Ceyms olub. Ancaq bu serial tənqidçilər tərəfindən də tənqid olunduğu üçün ekranda mübahisə yaratmadan Misir kraliçasının hekayəsini danışmaq çətin görünür.
Ekranın möcüzə qadını Qal Qadot 2020-ci ildə Twitter-də prodüser Patti Jenkins və ssenarist Laeta Kalogridis ilə birlikdə Kleopatranın hekayəsini böyük ekrana çıxaracağını açıqladı. Qadot, Kleopatranın hekayəsini bir qadının gözü ilə izah etməyin çox vacib olduğunu bildirdi.
Bu açıqlamadan sonra Qadotun Kleopatrası ilə bağlı çox xəbər yox idi, lakin inkişaf davam etdikcə film yenidən gündəmə gəldi.
38 yaşlı aktrisa “Vogue” jurnalının Honq-Konq nəşrinə müsahibəsində Misir hökmdarının hekayəsinindən danışıb. Qadot kraliça ilə bağlı tarixi səhvlərə son qoymaq istədiklərini bildirib. Kleopatranın tarixi diskursda tez-tez "femme fatale" kimi təqdim edildiyini xatırladan israilli aktrisa: "İsrail Misirlə həmsərhəddir və mən Kleopatra haqqında hekayələrlə böyümüşəm. Əgər Vonder Voman xəyali qadın liderdirsə, Kleopatra əsl liderdir. Bu, danışmaq istədiyim hekayənin mükəmməl bir nümunəsidir”.
Filmin istehsalına başlamaqla bağlı tarix bilinməsə də, onun inkişaf mərhələsində olduğu təsdiqlənib. Qadot Kleopatranın ssenarisinin 2021-ci ildə tamamlandığını təsdiqləsə də, hələ çəkilişlərə başlanmayıb.
Filmi ilk dəfə Patti Jenkinsin idarə edəcəyi açıqlandı, lakin məşhur rejissor istefa verdi və onun icraçı prodüser kimi çalışacağı açıqlandı. Keri Skoqland rejissor kürsüsündə Cenkinsi əvəz edəcək. Ssenari Laeta Kalogridis tərəfindən yazılıb.