Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıblar

22:20 08.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Varvara Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva hafta.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Həbil Yusubov və Məhəmməd Allahverdiyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.